Ürək sözüm
Mən bu ürək sözümü bütün eşq əhline, sevənlərə, sevgi yolun gedənlərə, sevib sevilməyənlərə, sevgidə uduzub göz yaşın silmeyənlərə, sevgi ilə yeni dünya quranlara, sevilib unudanlara, həsrət içində yaşıyanlara, sevgi yükünü daşıyanlara, sevgiyə ehtiyacı olanlara və sevgidən doyanlara.Sevgidə hər əzaba dözənlərə, sevgi ilə geniş qəlbin əzənlərə, intizar çəkənlərə, sevgi ilə fəxr edənlərə və bir zaman ayrılıb bu sevgiyə nifrət edənlərə.Sevgi hər şeydir deyənlərə və əksinə bu sevgi məhəbbət yoxdur yalandır, qorxulu bir röyadır söyləyənlərə, tərk etmə məni ağlayaraq acı göz yaşı tökənlərə və sonunda atılıb tənha qalan, həyatın sevgisiz acı günlərini tək yaşayan insanlara sadəcə bunu demək istəyirəm ki, yadigar qalacaq sevginiz hər an, sevgidir gənclikdən yadigar nişan...
|